6 C
Baku
Sunday, December 15, 2024

Çin hökuməti böyük İT şirkətlərdən “rəqabətə qarşı” metodlardan qurtulmağı tələb edib

Çin hökuməti Cek Manın sahib olduğu “Ant Group” şirkətindən sonra digər texnologiya şirkətləri “rəqabətə qarşı” tətbiqlərdən imtina etməyi tələb edib.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankına istinadən “The Wall Street Journal” yazıb.

Bildirildiyi kimi, səlahiyyətli orqanlarla şirkətlər arasında görüş keçirilib. Ümumilikdə, görüşdə 13 texnologiya nəhəngi iştirak edib – “Tencent”, “ByteDance”, “JD.com”, “Trip.com”, “Meituan” və “Didi”.

“Financial Times”ın verdiyi məlumata gör, bu addım Çin fintexinə artan təzyiqin “təkcə Cek Manın şirkətinə qarşı deyil”, həm də sənayedəki digər əsas oyunçuların əksəriyyətinə şamil edildiyini göstərir.

Tənzimləyicilərin tələbləri maliyyə sənayesini tənzimləmək üçün əvvəllər təqdim edilmiş təlimatlara istinad edir. Ödəmə alətləri və xidmətləri təklif edən şirkətlər banklarla ortaq şəkildə verdikləri hər kreditin ən azı 30%-ni maliyyələşdirməlidirlər.

Bundan əlavə, Çin platformalarına müştərilərə kredit xidmətini reklam etmək qadağan edilib və həyata keçirilən əməliyyatların “şəffaflığını” artırmaq göstərişi verilib. Pul əməliyyatları həyata keçirmək üçün şirkətlər maliyyə holdinqləri yaratmalı və tənzimləyicilərdən lisenziyalar almalı olacaqlar.

Mərkəzi Bankın vurğuladığı kimi, tənzimləyicilərin tələblərinə zidd olan hər hansı bir hərəkət dərhal araşdırılacaq və aradan qaldırılacaq. Xatırladaq ki, bu cür ciddi nəzarət milyarder Cek Manın “Ant Group” şirkəti ilə bağlı araşdırma işindən sonra başlayıb.

Hökumətin tələblərinə uyğun olaraq, şirkət maliyyə holdinqinə çevriləcək, “Jiebei” və “Huabei” onlayn-kreditləşmə xidmətlərini isə bir müəssisəyə birləşdirəcək

Son xəbərlər
Digər xəbərlər