26 C
Baku
Saturday, July 27, 2024

Çin İsrail ilə qarşıdurmada Fələstinə dəstək verəcək

Çinin xarici işlər naziri Van Yi “fələstinlilərin qanuni hüquqlarının” bərpasına dəstək verəcəyini açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin səbəbi bu məsələnin ədalətli həllinin olmamasıdır. Xatırladaq ki, 10 may tarixində Şərqi Qüdsdə fələstinlilərlə israillilər arasında toqquşma baş verib ki, bu da iki tərəf arasındakı münasibətlərin pozulmasına gətirib çıxarıb.

“Çin qanuni hüquqlarını bərpa etmək üçün mübarizə aparan Fələstin xalqına dəstək verməyə davam edəcək, eyni zamanda mövcud problemlərin siyasi dialoq yolu ilə həll olunmasına kömək edəcək”, – deyə Çin Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Van Yi Yaxın Şərq regionunda sülhün bərpası prosesinin pozulmasına inanır. “Xüsusilə, Fələstinin müstəqil dövlət qurma haqqı daima pozulur”, – deyə nazir qeyd edib. Van Yi münaqişə tərəflərini təcavüzü dayandırmağa və “iki xalq üçün iki dövlət” ideyasına qayıtmağa çağırıb.

Xatırladaq ki, cümə gecəsi İsrail Qəzza zolağında ən böyük hərbi əməliyyatını həyata keçirib. Bu gün BMT Təhlükəsizlik Şurası Yaxın Şərq bölgəsindəki vəziyyətlə əlaqədar toplantı keçirəcək.

Son xəbərlər
Digər xəbərlər