17 C
Baku
Friday, May 3, 2024

Çin Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

7 günlük əks-repo və Daimi Kredit Mexanizmi (SLF) faiz dərəcələrindən sonra Çin Xalq Bankı (mərkəzi bank) iqtisadiyyatın COVID-dən sonra bərpası sürətini itirməkdə davam etdiyi üçün çox gözlənilən bir hərəkətlə əsas ortamüddətli kredit faizini 2.65%-ə endirib.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, Çin Xalq Bankı bəzi maliyyə qurumlarına verilən 237 milyard yuanlıq (33 milyard dollar) bir illik orta müddətli kreditləşdirmə mexanizmi (MLF) üzrə faizi 0.10 faiz bəndi azaldaraq 2.75 faizdən 2.65 faizə endirib.

Qeyd edək ki, Mərkəzi bank sonuncu dəfə avqust ayında bir illik MLF kreditlərinin faizini aşağı salmışdı. MLF dərəcəsinin azaldılmasından sonra Çin Mərkəzi Bankının iyunun 20-də əsas kredit faiz dərəcəsini (LPR) 10 əsas bənd aşağı salacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər