Çin Mərkəzi Bankı cümə günü yuanın məzənnəsini 605 bənd artıraraq 1 dollara görə 6,6290 yuan səviyyəsinə qaldırıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tənzimləyicinin rəsmi saytında yayımlanan məlumatlara görə, bu, 11 iyul 2018-ci ildən bəri maksimum göstəricidir.
Qeyd edək ki, məzənnənin möhkəmlənməsi ardıcıl olaraq ikinci iş günüdür ki, davam edir. Mütəxəssislərin sözlərinə görə, bu, ABŞ-dakı seçkilər ətrafında yaranmış vəziyyətlə əlaqəli ola bilər.
Pandemiya fonunda yuan bir neçə aydır ki, dollara qarşı ucuzlaşır. Mayın 29-u tənzimləyici milli valyuta məzənnəsini bir dollar üçün 7,1316 səviyyəsinə azaldıb. Lakin bundan sonra yuan Amerika valyutasına qarşı möhkəmlənməyə başlayıb.