Çin Xalq Bankı (Mərkəzi Bank) çərşənbə günü yuanın məzənnəsini 397 bənd artıraraq 1 dollara görə 6,7825 yuan səviyyəsinə qaldırıb. Banker.az tənzimləyicinin rəsmi saytında 16 sentyabr tarixində yayımlanan məlumatlara əsasən xəbər verir ki, bu, ötən il 9 may tarixindən bəri maksimum göstəricidir.
Bildirildiyi kimi, Çinin milli valyutasının möhkəmlənməsi ardıcıl üçüncü iş günüdür ki, davam edir. Xatırladaq ki, koronavirus pandemiyası fonunda yuanın məzənnəsi bir neçə ay azalıb və mayın sonunda 1 dollara görə 7,1316 yuan səviyyəsində olub.
2019-cu ildə yuan məzənnəsi ABŞ və Çin arasında “ticarət müharibəsi” fonunda azalıb. Ötən ilin 8 avqust tarixində o, 11 ildə ən aşağı həddə çatıb.
Yayın ortalarında verilən məlumata görə, Rusiya və Çin arasındakı ticarətdə dolların payı təxminən 5% azalıb. 2020-ci ilin birinci rübündə bu göstərici ən aşağı həddə – 46%-ə çatıb.