6 C
Baku
Sunday, December 15, 2024

Çin Mərkəzi Bankı yuanın məzənnəsini kəskin endirib

Çin Xalq Bankı (Mərkəzi Bank) cümə günü yuanın məzənnəsini dollara nisbətdə 660 bənd aşağı salaraq 6.6332 səviyyəsinə endirib. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yerləşdirilən məlumatda deyilir.

Statistikaya görə, bu göstərici 5 noyabr 2020-ci ildən bəri ən aşağı olub.

2020-ci ildə koronavirus pandemiyası fonunda yuanın dollara nisbətdə məzənnəsi bir neçə aydır ki, ucuzlaşır. 29 may 2020-ci ildə tənzimləyici milli valyutanın məzənnəsini 2008-ci ilin fevralından bəri ən aşağı səviyyəyə, bir dollar üçün 7.1316 yuana endirib. Lakin bundan sonra o, ABŞ valyutası qarşısında tədricən möhkəmlənməyə başlayıb və 2021-ci ildə bir dollar üçün 6.35-6.57 yuan səviyyəsində olub.

Son xəbərlər
Digər xəbərlər