Çin may ayında valyuta ehtiyatlarını 0,93% artırıb

ÇXR-in valyuta ehtiyatları may ayının sonuna olan vəziyyətə görə 3 trilyon 442,2 milyard dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 31,7 milyard dollar (0,93%) çoxdur. Bu barədə “Sinxua” agentliyi ölkənin Dövlət Valyuta Nəzarəti İdarəsinin məlumatlarına istinadən xəbər verib.

Nəticəyə makroiqtisadi dəyişikliklər və dünyanın aparıcı iqtisadiyyatlarında pul-kredit siyasəti ilə bağlı gözləntilər təsir göstərib. Bundan əlavə, əsas qlobal maliyyə aktivlərinin ümumi bahalaşması fonunda ABŞ dolları indeksinin artdığı qeyd olunur.

Valyuta məzənnələrindəki dəyişikliklər və aktivlərin qiymətlərindəki artımın birgə təsiri nəticəsində ölkənin valyuta ehtiyatlarının həcmi yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər