26 C
Baku
Saturday, April 20, 2024

Çin Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün Tayvana səfər edəcək.

O, Tayvan rəhbərliyi ilə görüşəcək.

Bu hadisədən sonra bölgədə gərginliyin kəskin artması müşahidə olunur.

Rəsmi Pekin bildirib ki, Pelosinin adaya səfəri ABŞ-ın Çinin daxili işlərinə qarışması kimi qiymətləndiriləcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib ki, hərbçilər bu hadisəyə qarşı sakit durmayacaq.

“Bu, Çin və ABŞ münasibətlərinə zərbə vuracaq. Bu hadisə çox ciddi hadisələrə və nəticələrə gətirib çıxaracaq. Hərbçilərimiz bu hadisəyə qarşı əlini-qollunu sallayıb oturmayacaq”,- deyə Zhao Lijian bildirib.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər