Pekin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq Çin və ABŞ hərbi nazirliklərinin nümayəndələrinin işçi görüşünü ləğv edib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Çin həmçinin ABŞ-la qeyri-qanuni mühacirlərin vətənlərinə qayıtması, cinayətlə bağlı hüquqi yardım, transmilli cinayətlərlə mübarizə və narkotiklərlə mübarizə sahəsində əməkdaşlığı dayandırıb. Bundan əlavə, Çin ABŞ ilə regional hərbi komandanlıqları səviyyəsində danışıqları ləğv edib.