10 C
Baku
Wednesday, December 11, 2024

Çin Rusiya enerjisinin ən böyük alıcısına çevrilib

Çin Ukrayna müharibəsi başlayandan bəri Rusiya enerjisinin ən böyük alıcısı olub.

Bu barədə müstəqil araşdırma qrupu bəyan edib.

Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin məlumatına görə, Rusiya fevralın 24-dən bəri neft, təbii qaz və kömür satışından təxminən 93 milyard avro gəlir əldə edib.

Münaqişənin ilk 100 günü ərzində təxminən 57 milyard avro dəyərində olan qalıq yanacaqların təxminən 61%-i Avropa İttifaqına ixrac edilib. Bura Almaniyaya 12,1 milyard avro, İtaliya və Niderlanda 7,8 milyard avro və Polşaya 4,4 milyard avro ixrac daxildir.

Müharibənin ilk iki ayı ərzində Rusiyadan qaz yanacağının ən böyük idxalçısı olan Almaniya Moskvadan təxminən 12,6 milyard avro dəyərində enerji alan Çindən sonra ikinci yerə düşüb.

 

 

Son xəbərlər
Digər xəbərlər