6 C
Baku
Sunday, December 15, 2024

Çin səfiri Britaniya XİN-ə çağırıldı

Çinin Londondakı səfiri Cinq Ziquanq Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

Səfir BBC kanalının müxbiri Edvard Lourensin Çində saxlanılması ilə bağlı Nazirliyə dəvət edilib və ondan izahat tələb edilib.

“BBC müxbiri Edvard Lourensin Çində saxlanması dərin narahatlıq doğurur. Jurnalistlər heç bir hədə-qorxu gəlmədən öz işlərini görməlidirlər”, – deyə Kleverli bildirib.

BBC-nin yaydığı açıqlamada Lourensin polis tərəfindən təpikləndiyi və döyüldüyünü bildirilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien deyib ki, BBC müxbiri Şanxayda komendant saatına qarşı etirazları işıqlandıran zaman polis tərəfindən saxlanılarkən özünü jurnalist kimi təqdim etməyib.

Son xəbərlər
Digər xəbərlər