7 C
Baku
Sunday, December 15, 2024

Çin Serbiyada ən böyük xarici investora çevrilib

“Bir kəmər, Bir yol” layihəsi çərçivəsində qarşıya qoyulan məqsədlərin reallaşması sayəsində Çin cari ildə Serbiyada ən böyük xarici investora çevrilib.

Serbiya Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk doqquz ayında Serbiyaya yatırılan birbaşa xarici investisiyalar 3.01 milyard avro təşkil edib. Bunun 491.5 milyon avrosu Çinin, 401 milyon avrosu isə Avropa İttifaqı ölkələrinin payına düşüb.

Serbiyada dəmir yolu layihələrinin inkişafında xüsusi maraq göstərən Çin şirkətləri Belqrad-Budapeşt xətti kimi layihələrlə Qərbə göndəriləcək məhsulların Serbiya üzərindən Adriatik dənizi limanları vasitəsilə Avropaya daşınmasını nəzərdə tutan alternativ ticarət yolları qurur.

Qeyd edək ki, əvvəlki illə müqayisədə Aİ-dən Serbiyaya investisiyaların əhəmiyyətli dərəcədə azalıb. Belə ki keçən il Aİ-dən Serbiyaya 1.76 milyard avro sərmayə yatırılıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər