11 C
Baku
Sunday, November 17, 2024

Çin vergi yükünü azaldır

Çin hökuməti 2019-cu ildə istehsalın, eləcə də özəl biznesin inkişaf etdirilməsi məqsədilə vergi yükünü 1,3 trilyon yuan (təxminən 194 milyard dollar) azaltmağı planlaşdırıb. Bu plan keçən illə müqayisədə daha aqressivdir və əlavə dəyər vergisinin dərəcəsinin aşağı salınmasına yönəldilib. 
Çin Xalq Respublikasının Dövlət Vergi İdarəsi rəhbərinin müavini Jen Jufun sözlərinə görə, bu il vergilərin və yığımların azaldılması vergi orqanlarının fəaliyyətində ayrıca yer tutur: “Biz artıq vergi dərəcəsinin gələcəkdə azaldılmasına hazırlıq çərçivəsində müəyyən dəyişikliklər etmiş və vergitutma sistemini yeniləmişik”.

Qeyd edək ki, nəzərdə tutulmuş planın uğurla həyata keçirilməsi özəl şirkətlərə mənfəətlərini orta hesabla 2 faiz artırmağa imkan verəcək. Hazırda Çinin iqtisadi artım tempinin aşağı düşməsi, eləcə də ABŞ-la ticarət münasibətlərində baş verən təbəddülatlar şəraitində iqtisadiyyata xarici təzyiqin güclənməsi fonunda istehsala tətbiq olunan vergi yükünün azaldılması xüsusi aktuallıq kəsb edir. 

Son xəbərlər
Digər xəbərlər