6 C
Baku
Sunday, December 15, 2024

Çin Xalq Bankı uçot faiz dərəcəsini endirib

Çin Xalq Bankı dünən, avqustun 15-də uçot faiz dərəcəsini aşağı salıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Bu dəfə bank illik kredit faizini 15 baza bəndi azaldıb – 2.65%-dən 2.5%-ə endirib ki, bu da 2020-ci ildən bəri ən böyük azalma olub.

Analitiklər üçün sürpriz olan bütün bu azalmalar bank tərəfindən iyul ayı üçün gözləniləndən daha zəif iqtisadi məlumatların açıqlanmasına bir saatdan az qalmış edilib. Pərakəndə satışlar 2.5% artıb, iyul ayında ixrac 2.016 trilyon yuana (278 milyard dollar) çatıb ki, bu da illik müqayisədə 9.2% azalma deməkdir.

Reuters-in sorğusuna qatılan analitiklər hesab edirlər ki, bugünkü faiz endirimi yavaşlayan iqtisadi artımı dəstəkləmək üçün monetar stimulun güclənməsinə işarə edir və bu, gələn həftə Çinin əsas kredit faizində potensial azalma üçün qapı açır.

Son xəbərlər
Digər xəbərlər