7 C
Baku
Sunday, December 15, 2024

Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi

Cinayət Məcəlləsinə 161-1-ci maddə əlavə edilib.

Yeni maddəyə özündə vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması qaydasının pozulmasını ehtiva edir.

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imza toplanması prosesində vətəndaşları imza qoymağa məcburetmə və ya imza qoymağa maneolma, yaxud bunlara görə onları hər hansı formada mükafatlandırma – min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək ictimai işlər ilə cəzalandırılır.

 

 

Son xəbərlər
Digər xəbərlər