10 C
Baku
Thursday, December 12, 2024

Çində devalvasiya davam edəcək [PROQNOZ]

Çinin ixracı sentyabr ayında illik müqayisədə 10% azalaraq 184,5 mlrd. ABŞ dolları təşkil edib. “RİA” agentliyinə istinadən xəbərə görə, Çinin idxalı isə sentyabrda illik müqayisədə 1,9% azalaraq 142,5 mlrd. dollar olub. Göstəricilər analitiklərin proqnozlarından az olub. Belə ki, analitiklər ixracın 3% azalacağını, idxalın isə 1% artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, Çinin ixracı avqust ayında da illik müqayisədə 2,8% azalıb.

Beləliklə, sentyabrda Çinin ticarət müsbət saldosu proqnozlaşdırılan 53 mlrd. dollar əvəzində 41,99 mlrd. dollar olub. Ticarət dövriyyəsinin həcmi isə illik müqayisədə 6,6% azalaraq 327 mlrd. dollar təşkil edib.

Ticarət göstəricilərinin açıqlanmasından sonra Çinin milli valyutası – yuan dollarla müqayisədə ucuzlaşmağa başlayıb. CNY/USD məzənnəsi 0,24% artaraq 6,7155 səviyyəsindən 6,7322-yə çatıb.

“Report”un analitik qrupu ticarət göstəricilərinin Çinin iqtisadi artım tempinin yaxın gələcəkdə azalacağının ilkin göstəricisi kimi qiymətləndirilməlidir. Çin yuanının dollarla müqayisədə devalvasiyasının davam edəcəyi və bu ölkədə dolların məzənnəsinin 6,80-6,90 CNY/USD diapazonuna çatacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər