23 C
Baku
Friday, April 26, 2024

Çində “iPhone” və “Xiaomi” smartfonlarının alışı kəskin azalıb

Çin smartfon bazarında “iPhone” alışı son rübdə 20% azalıb. Ümumilikdə isə bu bazar sonuncu rübdə 9,7% azalıb. Beləliklə, “Apple” “Huawei”, “Oppo” və “Vivo”dan sonra 4-cü pillədə qərarlaşıb.

Bu bazarda “iPhone” markasına olan tələbatın azalması iqtisadi amillərlə də bağlıdır. Həmçinin yeni alınan smartfonlardan insanların uzun müddət istifadə etməsi də alışa təsir edən amillərdəndir. Amma ilin əvvəlindən “iPhone”ların qiymətinin düşməsi alış tempini artırıb.

“Xiaomi”nin satış həcmi isə 4-cü rübdə 35% azalıb. Amma buna baxmayaraq doğma vətənində bu modellərin satış həcmi “iPhone”u qabaqlayır.

Sonuncu rüb ən çox satılan smartfon “Huawei”dir. Bu modelin satışı 23,3% artıb.

©Finans.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər