Çin Trampın yeni rüsumlara dair bəyanatına reaksiya verdi.
Yeni rüsumların tətbiqi Çin və ABŞ arasındakı ticarət və iqtisadi fikir ayrıqlarını həll etmək üçün təsirli bir yol deyildir.
Banker.az xəbər verir ki, bu haqda Banqkokda ASEAN nazirlərinin görüşündə jurnalistlərə ÇXR-in xarici işlər naziri olan Wang Yi məlumat verib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp, sentyabr ayının 1-dən etibarən Çindən idxal olunan bütün məhsullara 10%-lik rüsum tətbiq edəcəyini söyləyib.
“Mən son xəbərləri hələ indi gördüm. Gömrük rüsumlarının artırılması ticarət və iqtisadi fərqləri aradan qaldırmaq üçün heç də effektiv yol deyildir”, – deyə xarici işlər naziri əlavə edir.