14 C
Baku
Saturday, May 4, 2024

Çinin büdcə kəsiri ÜDM-in 3%-nə çatacaq

Çin rəhbərliyi 2024-cü il üçün büdcə kəsirinin həcmi ilə bağlı razılığa gəlib. Qeyd olunur ki, kəsir ölkə ÜDM-nin 3%-ni təşkil edəcək. BVF 2023-cü ildə Çinin nominal ÜDM-nin təxminən 17.7 trilyon dollar olacağını təxmin edir.

“Reuters” agentliyinə müsahibə verən ekspertlərin fikrincə, Çinin gələn il büdcə kəsirində cüzi dəyişiklik olması o deməkdir ki, hakimiyyət “fiskal intizamı” qorumaq istəyir və kəsiri azaltmaq üçün əhəmiyyətli kəmiyyət yumşaldıcı tədbirlərdən, iri daxili və xarici kreditlərin verilməsindən istifadə etməyi planlaşdırmır.

“2024-cü ildə büdcə kəsiri 3% təşkil edəcək və xərclərin çatışmayan hissələri suveren istiqrazların xüsusi buraxılışları hesabına maliyyələşdiriləcək”, – mənbə “Reuters”ə bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər