3 C
Baku
Saturday, December 14, 2024

Çinin kosmik raket buraxılışı uğursuz olub

Çinin “Zhuque-2” (ZQ-2) adlı kommersiya məqsədli kosmik raketinin eksperimental buraxılışı mühərriklərdən birindəki nasazlıq səbəbindən uğursuzluqla nəticələnib.

Bu barədə “LandSpace” özəl kosmik şirkəti məlumat yayıb.

Bildirilib ki, ikinci mərhələ mühərrikində nasazlıq yaranıb: “Hadisənin təfərrüatları araşdırılır”.

Diametri 3,35 metr olan “ZQ-2” kosmik raketinin uzunluğu 49,5 metrə çatır və çəkisi 216 tondur. O, 4 ton ağırlığında faydalı yükü günəş sinxron orbitinə və 6 tonluq yükü isə aşağı Yer orbitinə çatdırma potensialına malikdir. Gələcəkdə “LandSpace” hər il bu raketlərdən 15-ə qədər istehsal etməyi planlaşdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər