6 C
Baku
Saturday, December 14, 2024

Çinin rəqəmsal valyuta dövriyyəsi 10 mlrd. dollara yaxınlaşır

Çində rəqəmsal yuan köçürmələrinin həcmi 9.5 milyard dollara çatıb.

Banker.az xəbər verir ki, bu barədə Çin Xalq Bankının Rəqəmsal Valyutalar İnstitutunun baş direktoru Mu Çançun məlumat verib.

Oktyabr ayına olan məlumata görə, 140 milyondan çox vətəndaş və 10 milyondan çox şirkət elektron pul kisəsi açıb. Çançun dəqiqləşdirib ki, rəsmi Pekin rəqəmsal yuanın dövriyyəyə buraxılması üçün hələ rəsmi tarix təyin etməyib.

Tənzimləyicinin vurğuladığı kimi, bu, maliyyə sistemlərinin modernləşdirilməsinə kömək etməklə yanaşı, həmçinin mərkəzləşdirilməmiş kriptovalyutaların (məsələn, bitkoinin) cəlbediciliyini azaldacaq. Üstəlik, rəsmi rəqəmsal valyuta daxili və beynəlxalq ödənişləri asanlaşdıracaq.

Verilən məlumata görə, Çin rəqəmsal valyutanın tətbiqi üzrə dünya lideridir. Hazırda 1.55 milyon satıcı rəqəmsal yuan qəbul edir. Onun vasitəsilə kommunal xidmətlər, ictimai iaşə, nəqliyyat, dövlət xidmətləri və digər xərcləri ödəmək mümkündür.

Xatırladaq ki, daha əvvəl Çinin Haynan əyaləti sakinlərə 10 milyon yuan (təxminən 1.55 milyon dollar) paylamışdı. Milli rəqəmsal valyutanın sınağında 117 mindən çox insan iştirak etmişdi.

Son xəbərlər
Digər xəbərlər