Çinin “Yük maşınları üçün Uber” hesab edilən şirkəti $1 milyard qiymətləndirilib

Çinin yük daşımalarının təşkil edilməsi xidmətlərini göstərən Huochebang (Truck Alliance)  – “Yük maşınları üçün Uber” şirkəti Tencent telekommunikasiya şirkəti və bir sıra investorlardan 115 milyon dollar əldə edib. Şirkətin qiymətləndirilmə göstəriciləri artıb və hazırda 1 milyard dollar təşkil edir.

Huochebang 2014-cü ildə Tencent Holdings və Hillhouse Capital şirkətlərinin dəstəyi ilə yaradılıb. Xidmət 2,3 milyon yük avtomobili ilə işləyir və gün ərzində 100 000-ə qədər sifariş yerinə yetirir. Şirkətin aktivləri sırasında təqribən minə yaxın xidmət mərkəzləri var. Gündəlik müştəri ödənişləri isə 120 milyon dollara çatır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər