9 C
Baku
Thursday, December 12, 2024

Çıxılmaz vəziyyətdəsiniz? Narahatlığa qalib gəlmək üçün bu dörd qaydadan istifadə edin

ÇOX VAXT BAZAR GÜNÜNÜN axşamı artan narahatlıq səbəbiylə özümüzü çıxılmaz vəziyyətə düşmüş kimi hiss etməyə başlayırıq. 

Və bu bir neçə ay davam edir. Siz narahat olursunuz, amma heç nəyi dəyişə bilmirsiniz. Düzünü desək, ən sadə şeyləri etməyə belə enerjiniz çatmır. Sizə elə gəlir ki, tələyə düşmüşünüz. Deyəsən, çıxış yolu yoxdur. 

İlk növbədə unutmayın ki, siz tək deyilsiniz. Ben the Illustrator-un keçirdiyi sorğunun nəticələrinə görə, sorğulanan şəxslərin 74% narahatlıq hiss edirlər. Bu adi bir şeydir. 

Əgər siz də belə bir problemlə mübarizə aparmağa çalışırsınızsa, aşağıdakı dörd qaydadan istifadə edin. 

 

1. Beyninizdə yaşayan şimpanzeyə diqqət yetirin

 

Birincisi, düz danışaq. Sizin narahatlığınız tamamilə normaldır. Əslində, bütün insanlar mütəmadi olaraq neqativ fikirlərdən əziyyət çəkirlər. Heyvanlardan məhz bununla fərqlənirik. 

“Şimpanze paradoksu” adlı kitabında Steve Peter deyir ki, arzuolunmaz duyğuların əsas səbəbkarı “beynimizdəki şimpanze” dir (yəni, beynimizin limbik sistem üzrə işləyən xüsusi bir hissəsi). 

Şimpanze –  duyğularla işləyən maşındır. Beynimizin məntiqli və “insani” hissəsi isə prefrontal bölgəsində yerləşir. Peter-in sözlərinə görə, onlar bir-birindən asılı olmayaraq fəaliyyət göstərirlər. Onlardan hər biri müstəqil ola bilər. 

Bir sözlə, siz daxilinizdəki şimpanzeyə nəzarət edə bilərsiniz. Çalışın duyğuları əldə saxlayasınız və beyninizin daha rasional olan hissəsini işə salasınız. 

Əgər özünüzü tez-tez narahat hiss edirsinizsə, bunun səbəbkarı şimpanzedir. Beynin necə fəaliyyət göstərdiyiniz başa düşsəniz, şimpanzeni müəyyən edə və prefrontal bölgəyə vəziyyəti nəzarət altına götürməsi üçün imkan yaradacaqsınız. 

 

2. Baxış bucağını dəyişdirin

 

Depressiv vəziyyətdə beynimiz neqativ fikirlərlə dolu olur. “Bəlkə mən yaramazam?” və ya “Bəlkə az çalışıram?” və s. Çalışın bütün neqativ fikirləri pozitiv fikirlərlə əvəz edəsiniz, məsələn: “Mən əlimdən gələni edirəm” və “Gün ərzində o qədər iş gördüm ki, bir az istirahət etməliyəm”. 

Bu, şimpanzeni sakitləşdirməyin yollarından biridir. 

Beynin necə təşkil edildiyini başa düşüb baxış bucağınızı dəyişin. Məmnun olduğunuz anları xatırlayın. Sağlamlıq, ev, ailə. Uğurları və nailiyyətləri yada salın – görün nə qədər irəli getmiş olmusunuz! Çox vaxt bunları unuduruq. 

Dostunuz, əməkdaşınız və ya ailə üzvlərindən biri ilə bölüşün. Üstünüzdə olan yükü atın, bu sizə kömək edəcəkdir. Həm də problem ilə bağlı başqalarının fikrini eşitmək yaxşı bir şeydir. 

 

3. Aktiv olun və həyatınızda dəyişikliklər edin

 

Özünüzü niyə pis hiss edirsiniz? İlk növbədə səbəbi tapmağınız tələb olunur. Ağlınıza gələn bütün neqativ fikirləri yazın. Siz təəccüblənəcəksiniz, amma onların da ssenarisi var. Problemi başa düşdükdən sonra lazımi tədbirlər görməyə başlaya bilərsiniz. 

Məsələn, mən həmişə düşünürəm: “Görəsən, bu işi yaxşı etdim, yoxsa daha çox çalışmalı idim?”. Əgər işimdən tam olaraq razı deyiləmsə, özümü çox pis hiss edirəm. Qeyd edim ki, mənim işin internet və sosial şəbəkələrlə sıx əlaqəli olduğuna görə, hər gün güclü rəqabət ilə üzləşirəm. 

Daha sonra isə məni narahat edən fikirləri hərəkətə çevirirəm. Neqativ fikirlərlə mübarizə aparmağın yolunu axtarıb tapmağa çalışıram. Məsələn, əgər işimdən tam olaraq razı qalmadımsa, saytı daha yaxşılaşdırmaq üçün nə edə biləcəyimi düşünürəm. Nə isə edəndə özümü daha yaxşı hiss edirəm. Elə hiss edirəm ki, hər şeyə mən nəzarət edirəm. Sanki “problemin” həlli istiqamətində böyük bir addım atmış oldum. 

Narahatlığın səbəbini dəqiq olaraq müəyyən edə bilmirsiniz? Özünüzə istirahət üçün vaxt verin. Rəsm çəkin, açıq havada gəzin – bütün bunlar beyninizdə olan fikirləri yerbəyer edəcəkdir. 

Əgər böyük dəyişikləri sevmirsinizsə, kiçik dəyişiklərdən başlayın (məsələn, evinizdə olan mebellərin yerlərini dəyişin).  

 

4. Özünüzə qayğı göstərin, “anı” tutun və bundan zövq alın

 

Narahatedici fikirlər deyirlər ki, biz heç nəyi dəyişdirə bilmərik. Çıxılmaz vəziyyətdəyik və artıq heç nəyi düzəltmək mümkün deyil. Hər şeyi şimpanze edir. 

Əgər şimpanzenin varlığını dərk eləsəniz başa düşəcəksiniz ki, vəziyyəti nəzarət altına götürə və özünüzü daha yaxşı hiss edə bilərsiniz. Gündəlik fəaliyyətiniz üzərində konsentrasiya olun, bu halda neqativ fikirlər səpələnəcək. 

Özünü dərk etmək çox vacibdir. Fakt: cəmi 20 dəqiqəlik meditasiya narahatlıq hissini zəiflədə və həyatınızı yaxşı tərəfə doğru dəyişdirə bilər. 

Nəfəsinizə konsentrasiya olmaq istəmirsiniz? Əslində, yoqa üzrə ekspert olmağa ehtiyac yoxdur. Etməli olduğunuz tək şey, sevdiyiniz məşğuliyyəti tapmaqdır. Siyahı tutun. Bu kitab oxumaq, məqalələr yazmaq, vanna qəbul etmək, rəsm çəkmək, idmanla və ya rəqslə məşğul olmaq və s. ola bilər. 

Və son məsləhət: əgər bazar günü axşamı özünüzü narahat hiss edirsinizsə, bazar ertəsi günü üçün restoranların birində yer bron edin və həmin günü səbirsizliklə gözləyin. Artıq bazar ertəsi günləri əvvəlki kimi olmayacaqlar. 

 

Son xəbərlər
Digər xəbərlər