13 C
Baku
Friday, March 29, 2024

“Clubhouse” developerləri “Android” üçün tətbiqi işə salıb

“Clubhouse” sosial şəbəkəsi “Android” əməliyyat sistemi üçün rəsmi tətbiqini işə salıb.

Bu barədə şirkətin saytında məlumat verilib.

Hələlik tətbiq beta verisyada və yalnız ABŞ ərazisində işləyəcək. Bir müddət sonra digər İngilis dilli ölkələrin sakinləri, daha sonra isə dünyanın qalan hissəsi də “Clubhouse”a qoşulacaq.

Növbəti bir neçə həftədə developerlər istifadəçilərin şikayət və müraciətlərini toplayacaq, səhvləri düzəldəcək və bir neçə funksiya əlavə edəcəklər.

Qeyd edək ki, “Clubhouse” platforması keçən ilin aprel ayından bəri mövcuddur.

 

Son xəbərlər
Digər xəbərlər