6 C
Baku
Sunday, December 15, 2024

“Coca-Cola” idman içkiləri istehsalçısı “BodyArmor”u 5.6 mlrd. dollara alıb

Noyabrın 1-də “Coca-Cola” korporasiyası dünyanın ən böyük idman içkiləri istehsalçısı “BodyArmor”u aldığını açıqlayıb. Xatırladaq ki, bundan əvvəl “Coca-Cola” “BodyArmor”un 15%-nə sahib olub.

Banker.az xəbər verir ki, müqavilənin ümumi dəyəri 5.6 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Verilən məlumata görə, “BodyArmor” müqavilədən sonra da ayrı bir şirkət kimi fəaliyyət göstərəcək və indiki top-menecerlər komandası tərəfindən idarə ediləcək.

“Coca-Cola” “BodyArmor”dakı payını 2018-ci ildə 300 milyon dollara alıb. Bu xəbərin fonunda şirkətin bazar dəyəri 2 milyard dolları keçib. 2011-ci ildə qurulan “BodyArmor”, o vaxtdan bəri ABŞ-da ikinci ən böyük idman içkisi istehsalçısı olmağa davam edir. Qeyd edək ki, şirkətin səhmdarları arasında tanınmış ABŞ basketbolçuları var. Şirkətin özünün proqnozlarına görə, bu il onun məhsullarının satışı 50% artaraq 1.4 milyard dollara çatacaq. Müqayisə üçün 2018-ci ildə satışların həcmi cəmi 250 milyon dollar olub.

Satınalma “Coca-Cola”ya idman içkiləri portfelini genişləndirməyə və bu sahədə “PepsiCo” ilə daha effektiv rəqabət aparmağa kömək edəcək. Keçən il korporasiya marka portfelini demək olar ki, yarıya qədər azaltmaq qərarına gəlib – o, tanınmayan və gəlirsiz olan 200-ə yaxın markanı bağlayıb.

Qeyd edək ki, “Coca-Cola”nın artıq öz idman içkisi markası var – “Powerade”. “Goldman Sachs” və “Nielsen”in hesablamalarına görə, Amerika bazarında satışların 13%-i bu markanın payına düşür. Hal-hazırda ABŞ-da idman içkiləri bazarının lideri “PepsiCo”ya məxsus olan “Gatorade” şirkətidir – təxminən 64%-lik ona məxsusdur. “BodyArmor” ikinci yeri tutsa da, böyük fərqlə geriləyir (18%).

Son xəbərlər
Digər xəbərlər