7 C
Baku
Thursday, December 12, 2024

Cocuq Mərcanlının suvenir istehsalı müəssisəsində 25 nəfər işlə təmin olunacaq

Cocuq Mərcanlıda yaradılan suvenir istehsalı müəssisəsində 25 nəfər yerli kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, 750 m2 ərazidə yerləşən müəssisənin 418 m2–i istehsal sahəsidir. Burada əsasən milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və s. məhsullar istehsal olunacaq.

Qeyd edək ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu, TÜİB, KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər