3 C
Baku
Saturday, December 14, 2024

Çörək kartı nədir ?

Çörək kartları, bəli təəccüblənməyin düz oxuyursunuz. Əksəriyyətimizin bilmədiyi bu kart növü qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub. Məcburi köçkünlərə “çörəkpulu” adlanan aylıq müavinətlərin verilməsində əsas məqsəd insanların müəyyən mənada həyat və şəraitinin yaxşılaşdırılmasıdır. Müavinətlərin verilməsi qaydasında kifayət qədər dəyişikliklərdə olmuşdur, misal verilən məbləğ və s. baxımından. Dəyişikliklərin məqsədi isə “çörəkpulu”nun daha çox ehtiyacı olan şəxslərə verilməsini təmin etməkdir. Müvaninətlərin aylıq ödəniş məbləği 1 nəfər üçün 16.50 AZN təşkil edir. Misal, əgər ailəniz 5 nəfərdən ibarətdirsə, bu vaxt ailənizə düşən çörək pulu məbləği 82.50 AZN təşkil edir.

“Çörəkpulu” adlanan aylıq müavinət ailəyə ayda 1 dəfə verilir və ailənin 1 aylıq xərclərinin qarşılanmasını nəzərdə tutur. Nəzərə alsaq ki, 5 nəfərlik 1 ailənin təkcə çörək ehtiyacı 1 gündə ən azı 3 çörəkdirsə, çörəyin qiymətinin 0.30 qəpik olduğunu nəzərə alsaq, 1 gün 0.90 AZN, 1 ay (30 gün hesabıyla) 27 AZN təşkil edir. Beləki, ailənin digər yemək xərcləri üçün 55.50 AZN məbləğində pulu qalır.

Çörək pullu müavinəti ailə başçısının adına olan plastik kart vasitəsi ilə ailələrə ödənilir. Plastik karta ailə üzvlərinin sayının bir aylıq müavitə yəni, 16.50 AZN-ə vurulması həcmində pul yatırılır. Kartdan pulu çəkən zaman əlavə heç bir komisyon haqqı tutulmur. Plastik kartlar isə Kapital bank vasitəsi ilə buraxıldığı üçün hər hansı 1 problemlə qarşılaşdıqda və ya misal olaraq kartın yenilənmə tarixi gəldikdə ailə başçısı Kapital banka müracət etməlidir.

Son xəbərlər
Digər xəbərlər