“CPM-İnvest İnvestisiya Şirkəti” QSC ilk fəaliyyət ilində xalis mənfəət əldə edib.
Bu barədə Banker.az şirkətin audit hesabatına istinad edir.
Ötən il ərzində 433 171 manat xalis mənfəət əldə edib. Qeyd edək ki, şirkət ötən ilin aprelindən fəaliyyətə başlayıb.
Şirkətin gəlirlərinin həcmi 1 026 146 manat olub. Şirkətin inzibati və əməliyyat xərcləri 484 682 manat, digər gəlirləri isə 1 464 manat olduğundan əməliyyat gəlirləri 542 928 manat olub.