12 C
Baku
Friday, March 29, 2024

“CPM-İnvest İnvestisiya Şirkəti” kapitalını azaldır, səhmlərinin bir hissəsini ləğv edir

“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 1405409161) yeganə səhmdarının növbədənkənar ümumi yığıncağı 28 dekabr 2022-ci il tarixində saat 11:00-da, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, m “City Point Baku” ünvanında yerləşən inzibati binada çağırılır.

Banker.az xəbər verir ki, “CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin 28 dekabr 2022-ci il tarixli yeganə səhmdarının növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1) Cəmiyyətin nizamnamə kapitalının azaldılması. 2) Cəmiyyətin nizamnaməsinə dəyişiklik layihəsinin hazırlanması. 3) Cəmiyyətin səhmlərinin bir hissəsinin dövriyyədən çıxarılması və ləğv edilməsinin təsdiq edilməsi. 4) Cəmiyyətin nizamnamə kapitalının azaldılması barədə məlumatın mətbuatda dərc olunması. 5) Cəmiyyətin səhmlərinin bir hissəsinin dövriyyədən çıxarılması və ləğv edilməsi üçün Mərkəzi Banka və dövlət qeydiyyatı məlumatlarında baş verən dəyişikliklərin qeydə alınması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməsi.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər