6 C
Baku
Sunday, December 15, 2024

Cumhuriyyətin 100 illiyi ilə bağlı bankların keçirdiyi kampaniyalar

Bildiyimiz kimi, bu il 1918-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə qurulmuş və şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illik yubileyidir. Bu yubileyin ölkə səviyyəsində təntənəli şəkildə qeyd edilməsi ilə bağlı hazırlıqlar gedir. Mətbuatda gedən reklam xarakterli yazılara nəzər salsaq şahidi olarıq ki, mobil operatorlar və iri maliyyə qurumlarından tutmuş satışla məşqul olan orta və xırda müəssisələrinə qədər bir çox təşkilat bu əlamətdar gün ilə bağlı kampaniyalar keçirirlər. Demək olar ki, bütün bayramlarda öz müştərilərini yaddan çıxarmayan banklar da istisna deyil.

Daima gündəmdə olan mövzularla bağlı araşdırma aparan banker.az monitorinq qrupu bu dəfə də öz ənənəsinə sadiq qaldı. Yəqin oxucluramız üçün də maraqlı olar ki, bayram ərəfəsində hansı bankdan hansı məhsul üzrə endirim əldə etmək olar. Araşdırma nəticəsində məlumumuz oldu ki, bankların kampaniyaları fərqli istyiqamətlərdə keçirilir. Bəziləri kredit məhsulları, bəziləri qeyri – kredit məhsulları bəziləri isə hər iki istiqamət üzrə müştərilərinə endirimlər təklif edir. Bu səbəbdən bu dəfəki bazar araşdırmasının nəticələrini Sizlərə müqayisəli cədvəl şəklində deyil, siyahı şəklində təqdim edəcəyik.

Accessbank


“PROBLEM DEYİL” lozunqu ilə kampaniya keçirən Bank həm istehlak həm də biznes krediti götürən müştərilərə xitab edib. Belə ki, 100 gün ərzində (martın 5-dən mayın 31-dək) bankdan istehlak və biznes krediti götürən müştərilər aşağıdakı iki fərqli endirimdən eyni zamanda faydalanacaqlar:

    1. 100 günədək güzəşt müddəti – bank kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlərin aktiv olduğu ilk 100 gün ərzində müştərilərdən yalnız faiz borcu üzrə ödənişin tələb edir. Əsas borc üzrə ödənişlər 100 gündən sonra tələb olunacaq.
    2. 100 günədək faizi hədiyyə – kreditin müqaviləsi üzrə son 100 gün ərzində hesablanan faizlər bank tərəfindən müştəriyə hədiyyə edilir.

Bank of Baku


Bank of Baku Cumhuriyyətin 100 illiyi ilə bağlı kampaniyanı “Bolkart” kredit istifadəçiləri üçün keçirir. Kampaniyanın şüarı –  “Hər ay 100 AZN-lik alış-veriş edən Bolkartlıya, 100 AZN HƏDİYYƏ” kimidir. Belə ki, Bolkart kredit kart sahibləri market, gözəllik salonu, şirniyyat, yanacaq doldurma, parfümeriya və kosmetika mağazalarında hər ay ən azı 100 AZN məbləğində etdikləri alış-verişə görə, 12 ayın sonunda 100 AZN ekvivalentində BAL qazanacaqlar.

Kampaniya 01.04.18 – 01.04.19 tarixlərini əhatə edir.

Bank Respublika


Son dövrlərdə bazardakı aktivliyi ilə gündəmdə olan Bank Respublika 100 illik yubiley münasibətilə bir sıra kampaniyalara start verib. Hal hazırda aktiv olan kampaniyalar həm fiziki həm də hüquqi şəxslər üzrə  endirimlər nəzərdə tutur. Fiziki şəxslər üzrə endirimlər istehlak və mikro kreditləri üzrə faiz endirimlərindəni, hüquqi şəxslər üzrə isə bir sıra bank əməliyyatlarının pulsuz təqdim edilməsindən ibarətdir.

İstehlak və mikro kreditləri üzrə – “Hər 100 manatda endirim” lozunqu ilə keçirilən kampaniya çərçivəsində müştərilər əldə etdiyi kreditin hər 100 manatına faiz endirimi əldə edirlər. Misal üçün, 1000 AZN istehlak krediti götürən müştəri 1%, 3000 AZN götürən 2% endirim əldə edir. Kampaniya çərçivəsində minimal faiz dərəcəsi 23% təşkil edir. Müvafiq kampaniya avqust ayının 1-nə kimi davam edəcək.

Hüquqi şəxslər (və ya fərdi sahibkarlar) üzrə – “100 Faiz PULSUZ” lozunqu altında keçirilən kampaniyada bankla yeni əməkdaşlığa başlamış hüquqi şəxslər və fərdi sahibkarlar 1 ay ərzində aşağıdakı bank əməliyyatlarını edən zaman heç bir komissiya ödəmyəcək.

      • Hesabların açılması,
      • Ölkədaxili və ölkəxarici köçürmələr;
      • Valyuta mübadiləsi üzrə komissiyalar
      • Biznes kartlar,
      • Əmək haqqı kartları
      • Elektron bankçılıq
      • Pos-terminal
      • Hesabdan nağd pulun çıxarılması
      • Digər xidmətlər

Kapital Bank


Ölkənin ən geniş xidmət şəbəkəsinə malik olan bankı Respublika günü ilə bağlı bankdan nağd kredit əldə edən müştərilər üzrə aksiya keçirir. Belə ki, bankdan əldən edilmiş hər 3000 manat kredit məbləğinə görə aylıq ödəniş 100 manat təyin edilib. 8500 manata qədər məbləğlər üzrə isə zamin tələb edilmir. Üstəlik nağd kredit əldə edən hər müştəriyə pulsuz “Birkart” kredit kartı da hədiyyə olunacaq. Kampaniya 31.05.2018-ci il tarixinədək etibarlıdır.

NBC Bank


“NBC Bank”  “100 illik” adı altında keçirdiyi kampaniya çərçivəsində bankdan istehlak və biznes krediti əldə edən müştərilərə sərfəli şərtlər təklif edilir. Şərtlər daşınmaz əmlak girovu ilə və girov tələb edilmədən rəsmiləşdirilən kreditlər üzrə fərqlidir.  Müştərilər tərəfindən daha çox müraciət edilən “girovsuz” kreditlər üzrə şərtləri aşağıda diqqətinizə çatdırırıq.

      • Kreditin məbləği: 10000 AZN
      • Kreditin müddəti: 36 ay
      • Kredit illik faizi: 23%
      • Xidmət haqqı : 3%
      • 5000 AZN-ə qədər zaminsiz

Qeyd: Girovlu kreditlər üzrə illik faiz dərəcəsi 18%-dən başlayır.

Unibank


Daima nağd istehlak krediti və kredit kart məhsullarına etdiyi kampaniyalarla fərqlənən Unibank Respublika günü münasibətilə əmanətlər və biznes kreditləri üzrə kampaniya keçirir.

    • Əmanətlər üzrə –  Bankın “Müddətli” əmanət məhsulu üzrə 31.05.2018-ci ilədək əmanət hesabı açan müştərilər standart faiz dərəcələrinə +2% bonus əldə edəcəklər. Əmanət məhsulu üzrə maksimal faiz dərəcəsi 11% təşkil edir.
    • Biznes kreditləri üzrə – Bankdan 28.05.2018-ci ilədək biznes krediti əldə edən müştərilərə 100 günədək güzəşt müddəti verilir və kredit komissiyasız rəsmiləşdirilir.
Son xəbərlər
Digər xəbərlər