“DəmirBank” müxtəlif sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən tələbələri “Yay təcrübə proqramı”na qoşulmağa dəvət edir.
“Yay təcrübə proqramı”na iqtisadiyyat və idarəetmə sahələrində təhsil alan, peşəkar ünsiyyət qurmaq bacarığı və yüksək analitik düşünmə qabiliyyətinə, “MS Office” proqramları üzrə ümümi biliklərinə sahib olan və xarici dil bilikləri yaxşı səviyyədə olan tələbələr qoşula bilər.
- Qeyd edək ki, namizədlər öz CV-lərini mayın 31-dək [email protected] ünvanına göndərə bilərlər. Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1,2 və 3 ay müddətinə nəzərdə tutulub.
Xatırladaq ki, “DəmirBank” “Yay təcrübə proqramı”nı hər il təşkil edir. Proqram güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub.