16 C
Baku
Friday, May 3, 2024

Dərmanların dövlət reyestrinin məlumatlarına dəyişiklik elektron qaydada təqdim ediləcək

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Qərara əsasən, inteqrasiya həyata keçirilənədək dərman vasitələrinin dövlət reyestrinin məlumatları dəyişikliklər (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) göstərilməklə, Səhiyyə Nazirliyi tərəfindən ayda bir dəfə elektron formada Tarif (qiymət) Şurasının Katibliyinə təqdim edilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər