13 C
Baku
Saturday, May 4, 2024

Dağıdıcı azadlıq

Müəllif: Vüsal Məmmədov , “İnForex” jurnalının baş redaktrou

Niyə başqa sahələrdə uğur qazanan insanlar bunu treydinqdə də təkrarlaya bilmirlər? İlk növbədə ona görə ki, insanların ticarətə yanaşma motivləri yanlışdır. Bazar – azadlıqdır, biz isə azadlıqdan düzgün istifadə eləməyi bacarmırıq.

Biz sosial strukturların daxilində doğulur, böyüyür, yaşayırıq. Həmin strukturun olmadığı, xaotik yerə düşəndə isə özümüzü itirir və davranışlarımızı tənzimləyə bilmirik.

Digər tərəfdən, cəmiyyət (yəni elə həmin o sosial sistem) bizim özümüzü ifadə şanslarımızı xeyli məhdudlaşdırdığı üçün özünütəsdiq imkanları axtarırıq.

Nəticədə daxili aləmimizlə xarici mühit (sosial sistem, cəmiyyət) arasında gərginlik yaranır. Ətraf dünya ilə tarazlığı, harmoniyanı itiririk. Nəticədə mənəvi sarsıntılar başlayır.

Bir halda ki, belədir, niyə doğrudan da istədiyimiz, bizə maraqlı və xoş gələn işlərlə məşğul olmuruq ki? Çünki ətrafdakı fikirlərin, qadağaların qarşısında müdafiəsiz vəziyyətdəyik. Ağlamağı bacaran insanlar (xüsusilə uşaqlar) bu yolla daxili balanslarını bərpa etməyə çalışırlar. Böyüklərin işi isə daha çətindir.

629218 1507131 lzOnların daxilində konfliktlər yığılıb qalır. Və bazara- azadlıq zonasına girəndə bu konfliktlər vulkan kimi püskürürlər. Nəticədə biz ölçülüb-biçilmiş qərarlar verə, intizamlı ticarət apara bilmirik.

Bazarda uğurlu ola bilmək üçün biz davranışlarımıza müəyyən qaydalar tətbiq etməliyik. Nəzərə alsaq ki, ticarətdə praktik olaraq hüdudsuz risklər var (maliyyə baxımından), o, treyderin psixologiyası üçün dağıdıcı ola bilər. Öz psixologiyamızı dağıdıcı təsirdən qorumaq üçün biz intizamlı ticarət aparmalıyıq.

Mahiyyəti tuta bilirsinizmi? İlk növbədə öz psixologiyamızı dağıdıcı təsirdən qorumaq üçün!..

Treydinqdə biz proqnozlaşdırıla bilməyən bir mühitə düşürük. Psixologiyamız buna öyrəşməyib, sosial strukturlar bizi əksinə alışdırıblar. Məhz ona görə də riskləri əvvəlcədən nəzərə almalı və məhdudlaşdırmalıyıq ki, şüurumuzu dağıdıcı təsirdən qoruyaq.

Treydinqdə oyunun əvvəli və axırı yoxdur. Bazar daim hərəkətdədir. Yalnız siz özünüz qərar verirsiniz ki, əməliyyatı nə vaxt açmaq, nə vaxt bağlamaq, nə qədər itirmək və ya nə qədər qazanmaq olar. Belə bir vəziyyətdə qəti qərarların və davranışların olmaması treyder üçün faciədir. Sizin daxili strukturunuz yoxdursa, bazarın strukturu qarşısında davam gətirə bilməyəcəksiniz.

Demək olar ki, bütün treyderlər özləri üçün müəyyən qaydalar yaratmaq lazım gəldiyi zərurətini dərk edir, amma buna müqavimət göstərirlər. Biz razılaşırıq ki, bəli, bu, lazımdır, vacibdir, amma hər halda, ona müqavimət göstəririk. Bu müqavimət müxtəlif şiddət dərəcəsinə malik ola bilər. Niyə?

Ona görə ki, biz adətən vacib qərarların bizim yerimizə başqaları tərəfindən qəbul olunmasına öyrəşmişik. Bu, çox vacib məqamdır. Və bazardakı azadlıqda – başqalarının məhdudiyyətlər qoymadığı bir məkanda özümüzü çərçivəyə salmaq istəmirik.

Ticarət prosesini tez başa gələn nəticələrin arasında azad seçim kimi də xarakterizə etmək olar. Hər bir seçimi biz edirik. Amma bir çox treyderlər etdikləri seçimin məsuliyyətinə sahib çıxmağı bacarmırlar. Onlara lazımdır ki, kimsə əvəzlərinə qərar qəbul eləsin. Amma bazarın sərt reallığı belədir ki, qazanmaq istəyirsinizsə, məsuliyyətin altına girməyi də bacarmalı və hazır olmalısınız. Addımı atmamışdan qabaq həmin addımın məsuliyyətini üzərinizə götürməlisiniz!

3MoreThanWeightBazardakı azadlıq strukturlaşmış azadlıq olmalıdır, xaotik yox. Mən həddindən artıq çox treyder görmüşəm ki, bazarı analiz edir, plan tutur, amma sonra həmin plana əməl etmir və necə gəldi, ticarət aparırlar. Halbuki, planlaşdırdığı əməliyyatlar yaxşı gəlir gətirə bilərdilər. Bu, sistemsiz (xaotik) ticarətə klassik nümunədir. Və öz qərarlarına əməl edə bilməmək, məsuliyyətdən qaçmaq sindromunu əks etdirir. Biz elə bilirik ki, bəxt bizdən daha səlahiyyətlidir və onun qərarları daha faydalı olacaqlar…

Digər səbəb isə odur ki, günahı başqasının – məsələn, o cümlədən də elə bəxtin,- üzərinə yıxmaq daha asandır. Məsuliyyəti öz üzərinə götürmək isə çətin…

Amma ticarətə sistemli yanaşmaq bizdən bunu tələb edir. Gəlir götürmək üçün isə mütləq sistemli yanaşmalıyıq.

Treydinqdə çoxlarının uğursuzluğa düçar olmasının səbəblərini həm də burada axtarmaq lazımdır ki, onlar bazarda sosial sistemin qanunları ilə yaşamaq istəyirlər. Amma bundan vaz keçmək, öz təfəkkür tərzimizi bazarın tələb etdiyi kimi formalaşdırmaq lazımdır. Yalnız o zaman biz sabit qazanmağa başlayacağıq!

Son xəbərlər
 ⁠
Digər xəbərlər