Yəmən vətəndaşı Azərbaycanda nizamnamə kapitalı 72 min ABŞ dolları olan şirkət yaradıb.
Banker.az bildirir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında deyilir.
Məlumata görə, “Caspian İnternational Group” MMC bu ilin oktyabrın 8-də dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, hüquqi ünvanı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi, ev 18, döngə 2 olan şirkətin qanuni təmsilçisi Yəmən vətəndaşı Arab Shaker Hussein Mohammeddir.
Report