10 C
Baku
Wednesday, December 11, 2024

Daha bir Avropa ölkəsi Rusiya qazını rublla alacaq

Slovakiyanın İqtisadiyyat Nazirliyinin rəhbəri Riçard Sulik bildirib ki, ölkəyə qaz nəqlini dayandırmaq olmaz.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiya ödənişi rublla etməyi tələb etsə, o bu tələbi yerinə yetirməli olacaq. Sulik xatırladıb ki, Slovakiya ehtiyac olduğu qazın təxminən 85%-ni Rusiyadan alır.

“Qaz təchizatı dayandırıla bilməz. Ona görə deyirəm, baxmayaraq ki, bəziləri üçün bu çox praqmatik ola bilər. Əgər rublla ödəmə şərti varsa, o halda rublla ödəyəcəyik. Mən bu məsələdə Avropa İttifaqı daxilində birgə hərəkət etməyimiz və ümumi həll yolu axtarmağımızı müdafiə edirəm. Amma bizim qazımız kəsilə bilməz”, – deyə nazir bildirib.

Xatırladaq ki, mart ayında Rusiya Prezidenti Vladimir Putin “dost olmayan ölkələr”lə qaz müqavilələrinin rublla ödənişlərə keçirilməsi barədə göstəriş verib.

Son xəbərlər
Digər xəbərlər