-3 C
Baku
Sunday, December 15, 2024

Daha bir lizinq şirkəti hər biri 50 qəpik olan səhm buraxır

Bir ildir təsis edilən “Level Leasing” ASC hər bir səhmin 0.5 manat dəyəri olan 100 000 ədəd səhm buraxır.

Banker.az xəbər verir ki, şirkət 2023-cü ilin mayında 1 mln. manat nizamnamə kapitalı ilə təsis edilib.

Onun direktoru Xıdırlı Fəhmin İlqar oğludur.

Lizinq şirkəti 2023-cü il üzrə hesabatında 422 min manat xalis mənfəət əldə edib. 1 yanvar 2024-cü il tarixinə 8 milyon 767 min manat aktivlərə, 7 milyon 334 min manat öhdəliklərə və 1 milyon 422 min manat xalis aktivlərə (cəmi kapitala) sahibdir.

Şirkətin 1 milyonluq nizamnamə kapitalının 52%-i Mənzər Qarayeva İsrail qızına, 19%-i Elmira Rzayeva Xəlil qızına, 19%-i Solmaz Quliyeva Hüseyn qızına və 10%-i isə Rəqsanə Məmmədova Abdulla qızına aiddir.

Son xəbərlər
Digər xəbərlər