16 C
Baku
Monday, May 6, 2024

Daha bir ölkə Ukraynaya müdafiə sistemləri göndərir

İspaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək.

Bu barədə İspaniya mətbuatı yazıb.

Bildirilir ki, Ukraynaya 4 ədəd “Hawk” hava hücumundan müdafiə sistemləri göndəriləcək. Sistemlər havadan gələn təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, Rusiyanın Kiyev və digər Ukrayna şəhərlərinə kütləvi hücumlarından sonra Qərb dövlətləri Ukraynaya hava hücumundan müdafiə sistemləri tədarükünü artırmağa qərar verib. Almaniya söz verdiyi IRIS-T hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını artıq təhvil verib. ABŞ və Britaniya isə tezliklə yeni sistemlərin tədarük ediləcəyini elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər