7 C
Baku
Thursday, December 12, 2024

Daha bir qurumdan Silahlı Qüvvələrə yardım

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Silahlı Qüvvələrin Yardım Fonduna maliyyə yardımı göstərib. Bu barədə AHİK-dən məlumat verilib.

AHİK hesab edir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsində inkişafının təmin edilməsi, onun maddi texniki bazasının möhkəmləndirilməsi, zəruri sosial tədbirlərin maliyyələşdirilməsi və silahlı qüvvələrimizin müasir silah arsenalı ilə təmin olunması hazırki şəraitdə mühüm əhəmiyyət kəsb edən məsələdir.

Ona görə də AHİK-in İcraiyyə Komitəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişafı və maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 50 000 (əlli min) manat maliyyə yardımı göstərilməsi haqqında qərar qəbul edib.

Trend

Son xəbərlər
Digər xəbərlər