23 C
Baku
Friday, April 26, 2024

Daha bir sığorta şirkəti ASA-nın üzvü oldu

Ölkədə fəaliyyət göstərən daha bir sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvlüyünə qəbul edilib.

ASA-dan verilən məlumata görə, qəbul edilən yeni üzv “Naxçıvansığorta” ASC-dir. Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin 3-cü rübünün yekunlarına həsr olunmuş iclasında “Naxçıvansığorta” ASC-nin ASA-nın üzvü olması ilə bağlı müraciətinə baxılıb. Şirkətin müraciəti Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib və qəbul edilib.

ASA-nın məlumatında bildirilir ki, bununla da Assosiasiya üzvlərinin sayı, 14-ü qeyri-həyat, 5-i həyat və 1 təkrarsığorta şirkəti olmaqla ümumilikdə 20-yə yüksəlib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər