Bir amerikalı media maqnatı çoxlu pul qazanmaq üsulunu yaratmışdır. O həm şəxsi həyatında, həm də biznesdə bu qaydalara riayət edirdi və nəticədə böyük həcmli kapital əldə edir. Budur onun qaydalarından bir neçəsi:
- İnsan istəyərsə ürəyindən keçən hər bir şeyi edə bilər, bu isə o deməkdir ki, hətta çoxlu pul qazana bilər.
- Qazandığınızdan daha az xərcləmək lazımdır. Belə siz tezliklə varlanacaqsınız.
- Yalnızca kiminsə sizin üçün edə bilməyəcəyi şeyi özünüz üçün edin. Əgər kimsə qalan bütün işi yerinə yetirsə sizin əsas şeyləri yerinə yetirməyə daha çox vaxtınız və enerjiniz qalacaq.
- Bütün işi bu gündən yerinə yetirməyin, çünki sabah bu işin böyük hissəsini heç etməməli olduğunuzu anlaya bilərsiniz.
- Öz işinizdə heç kimi təkrarlamayın və heç kimin izi ilə getməyin. Özməqsədinizə doğru gedən ən yaxşı və ideal yolu seçin.
- Özünüzə rəqiblər yaratmayın. Digərlərinizə uğurlarınızı öyrənmək imkanı verməyin.
- Pulları insan yaradır. Axmaqlar isə iddia edirlər ki, pulları pullar yaradır.
- Heç kimə nifrət etməyin, intiqam almağa çalışmayın. Çünki bu çox enerji tələb edir və nəticədə heç bir şey qazandırmır.
- İnsan nə etməməli olduğunu yaxşı bilməlidir. Bunu həm öz səhvləriniz, həm də digərlərinin yol verdiyi səhvlərə baxaraq öyrənə bilərsiniz.
- Kiçik gəlirlərə biganə qalmayın. Kiçik biznesdən də mənfəət qazanmağı öyrənin və belə olduqda iri həcmli, səmərəli gəlirləri də idarə etməyi öyrənəcəksiniz.
- Düşünmək – insan üçün ən çətin işdir. Özünüzü gərgin işə öyrədin. İdeyalarınızı idarə edin və onları uğur əldə etməyə (pul qazanmağa) yönəldin.
- Düşmənlər qazanmayacağınız şəkildə yaşayın. Müsbət enerjiyə sahib olmaq, mənfi enerjiyə sahib olmaqdan daha yaxşıdır.
- Sizin qazancınız ilə yaşamağa çalışan insanların diqqətini cəlb etməmək üçün heç kimə öz zənginliyinizi bəlli etməyin.
- İnsan varlı olaraq qala bilməz. O özünü zəngin etməli və gələcəkdə kapitalını artırmağa çalışmalıdır.
Comments are closed.