5 C
Baku
Saturday, December 14, 2024

Daha hansı qurumlar ləğv olunmalıdır? – Şərh

“Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır”.

Banker.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasını şərh edərkən deyib. O, qeyd edib ki, bu adddımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir: “Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Masidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər. Bu adddımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir. Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyli dərəcədə şəffaf menecment deməkdir”.

 

Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) ləğv olunmalı və birləşdirilmə olan qurumlarla bağlı təkliflərini də açıqlayıb: “”Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Son xəbərlər
Digər xəbərlər