21 C
Baku
Tuesday, May 21, 2024

Dahi insanların yanlış fikirləri

Öz sahəsində dahi ekspert hesab olunan insanların yanlış fikirləri.

1. Əla qrupdur. Yalnız əgər bu boş-boğaz müğənnini çıxarsanız, yaxşı olardı! (BBC-in radio prodüseri “The Rolling Stones”-un dinləyərkən, 1963-cü il)

2. Gələcəkdə kompüterlər 1,5 tondan daha ağır olacaq. (“Popular Mechanics”, 1949-cu il.)

3. Fikirləşirəm ki, dünya bazarında beş kompüterə tələb olacaq. (IBM şirkətinin direktoru Tomas Vatson, 1943-cü il.)

4. Mən bu ölkəni başda-ayağa gəzmişəm, ağıllı insanlarla ünsiyyətdə olmuşam və sizi əmin edə bilərəm ki, verilənlərin emal edilməsi prosesinin ömrü bir ildən çox olmayacaq dəbdir. (“Prentice Hall” nəşriyyatının redaktoru, 1957-ci il.)

5. Lənətə gəlsin, axı bu əşyada faydalı nə ola bilər? (“Advanced Computing Systems Division of IBM”-də mikroçipin yaradılması ilə bağlı müzakirə, 1968-ci il.)

6. Heç bir insan evində kompüterə ehtiyac duymayacaq. Bunun üçün heç bir səbəb yoxdur. (“Digital Equipment Corp.”- “DEC” şirkətinin banisi və prezidenti Ken Olson, 1977-ci il.)

7. Telefon əlaqə vasitəsi kimi istifadə olunmaq üçün hədsiz dərəcədə çatışmazlığa malikdir. Ona görə belə hesab edirəm ki, bu ixtiranın heç bir dəyəri yoxdur. Bu elektrik oyuncağından nə fayda? (Western Union-un prezidenti Uilyam Orton, artıq müflisləşmək üzrə olan telefon şirkətinin yaradıcısı Aleksandr Qrehem Bellin şirkəti $100 000 satmağı barədə ünvanladığı məktuba cavabı, 1986-cı il)

8. Bu naqilsiz musiqi qutusu heç bir kommersiya dəyərinə malik ola bilməz. Hər hansı şəxsə ünvanlanmamış müraciətin haqqını kim ödəyəcək? (“David Sarnoff” assosiasiyasının tərəfdaşları radionun yaradılmasına investisiya etməklə bağlı edilmiş təklifə verdikləri cavabları, 1920-ci il.)

9. 100 mln dollar Microsoft üçün çox böyük qiymətdir. (IBM, 1982-ci il.)

10. Konsepsiya maraqlıdır və çox yaxşı tərtib olunub. Lakin ideyanın işləməsi üçün o məntiqi mahiyyətə malik olmalıdır. (Yale University professorlarının Fred Smitin evə çatdırılma ilə bağlı təklifinə verdikləri cavab; Fred Smit daha sonra Federal Express Corp. Çatdırılma xidmətinin yaradıcı olacaq.)

11. Aktyorların danışığı axı kimi maraqlandırır. (Harri Uornerin Warner Brothers şirkətinin kinomatoqrafda səsin istifadə olunmasına reaksiyası, 1927-ci il.)

12. Onların səsi bizim xoşumuza gəlmir, ümumiyyətlə gitara artıq keçmişdə qalıb. (Decca Recording Co., “The Beatles” qrupu haqqında, 1962-ci il.)

13. Havadan ağır olan uçan maşınlar ola bilməz! (Lord Kelvin – Kral Cəmiyyətinin prezidenti (Royal Society), 1895-ci il.)

14. 640 Kb hər bir şəxs üçün kifayət etməlidir. (Bill Qeyts, 1981-ci il.)

15. Neft axtarışı üçün torpağın qazılması? Siz deyirsiniz ki, neft əldə etmək üçün yeri deşmək lazımdır? Siz dəli olmusunuz. (Edvin Dreykin layihəsinə cavab, 1859-cu il.)

Son xəbərlər
 ⁠
Digər xəbərlər