Danimarka Kraliçası II Marqaret 52 illik hakimiyyətdən sonra 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcək.
Bu barədə II Marqaretin kral sarayının saytında dərc olunmuş bəyanatında deyilir.
“Bu ilin fevralında əməliyyat oldum. Mənə qulluq edən həkimlərin sayəsində hər şey yaxşı keçdi. Bununla belə, əməliyyat gələcək haqqında düşünməyə əsas verdi – mənim üçün vaxtdırmı? 14 yanvar 2024-cü ildə taxt-tacı oğlum, şahzadə Frederikə ötürəcəyəm”, – Kraliça deyib.
Qeyd edək ki, II Marqaretin hazırda 83 yaşı var. O, 1972-ci il yanvarın 15-də taxta çıxıb. Danimarka kraliçası SSRİ-yə səfər edən ilk Avropa monarxı olub.