10 C
Baku
Friday, December 13, 2024

Danimarka şirkəti Azərbaycanda külək turbinləri quraşdıra bilər

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Vestas Northern & Central Europe” şirkətinin MDB, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə kommersiya direktoru İqor Nus ilə görüşüb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib, təbii ehtiyatların idarə edilməsi və səmərəli istifadəsi, alternativ və bərpa olunan enerji sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanda külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Danimarkanın Vestas şirkəti indiyədək dünyanın 85 ölkəsində külək enerjisi, alternativ və bərpa olunan enerji, davamlı enerji həllərinin inkişafı və tətbiqi sahəsində layihələr icra edib.

Son xəbərlər
Digər xəbərlər