17 C
Baku
Sunday, May 5, 2024

Dardanel boğazından gəmi tranziti dayandırılıb

Bazar ertəsi qatı duman səbəbindən gəmilərin Dardanel boğazı ilə hərəkəti dayandırılıb.

Bu barədə Türkiyənin Gəmi Hərəkəti Xidməti İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məhdudiyyətlər boğazdan hər iki istiqamətdə tranzitə şamil edilir.

Bərə xidməti isə normal rejimdə işini davam etdirir.

Qeyd edək ki, yanvarın 1-də güclü duman Bosfor boğazının müvəqqəti bağlanmasına səbəb olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər