24 C
Baku
Monday, April 29, 2024

Daşınmaz əmlakın satışından vergiyə cəlb olunmasında müddət amili

Value and Sources konsaltinq şirkətinin eksperti Rəşad Əliyev daşınmaz əmlak üzrə əməliyyatların vergiyə cəlb edilməsi müddətləri haqda öz fikirlərini bölüşüb.

AR Vergi Məcəlləsinin 85-ci maddəsinin 85.4.-cü maddəsinə əsasən “Vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq ….. hüququna malikdirlər.”

Daşınmaz əmlakın satışı üzrə vergilərin hesablanması üzrə vergi dövrü təqvim ili hesab edilir. Yəni, əməliyyatın baş verdiyi təqvim ili bitdikdən sonra 3 il ərzində daşınmaz əmlakın satışı üzrə hesablanmış vergi, faizlərə və maliyyə sanksiyaları hesablana və ya hesablanmış məbləğə yenidən baxıla bilər. Hazırda bu dövrlərə 2012, 2013 və 2014-cü illər aid edilir, yəni həmin illərdə tarixindən asılı olmayaraq baş vermiş bütün əməliyyatlara şamil edilir. 2012-ci ildə baş vermiş əməliyyatlara 2015-ci ilin sonuna qədər yenidən baxıla bilər, çünki onun hesabat dövrü 01.01.2013-cü ildə başa çatıb, üstünə 3 il gələndə (yəni 2013+2014+2015) edir 2015-ci ilin sonu. Bu məntiqlə 2013-cü ildə baş vermiş əməliyyatlara 2016-ci ilin sonuna qədər, 2014-cü ilin əməliyyatlarına isə 2017-cı illərin sonuna qədər yenidən baxıla bilər.

VM-nin 85.4.-cü maddəsində bu məqam aydın yazılıb, ancaq nədənsə çox insan 3 il müddət dedikdə alqı-satqı əməliyyatından sonrakı dövr kimi qəbul edir. Həmin dövr 3 ildən çoxda ola bilər, azda ola bilər. 3 il müddət hesabat dövründən sonrakı müddət götürülür, alqı-satqı tarixindən sonrakı dövr yox. Məsələn, 2012-ci ilin yanvarında baş vermiş əməliyyat 2012-ci təqvim ili (bu eyni zamanda hesabat dövrü hesab edilir) üzrə hesabatda əks etdirilir. Həmin il üzrə əməliyyatlara 2015-ci ilin sonuna qədər baxıla bilər. Yəni hətta elə alına bilər ki, daşınmaz əmlakın alqı-satqısından 3 il 11 ayda keçəndən sonra belə həmin əməliyyat üzrə vergi öhdəliklərinə yenidən baxıla bilər.

Daşınmaz əmlakın alqı-satqı əməliyyatları üzrə vergi nəzarəti son illərdə formalaşdırılıb. Mətbuatda mövcud olan rəsmi məlumatları nəzərdən keçirəndə, belə qənaətə gəlmək olar ki, yoxlama çərçivəsində hələ 2013-cü və 2014-cü illərdə həyata keçirilən əməliyyatlar nəzərdən keçirilir, çünki bu əməliyyatlar üzrə məlumatlar artıq mövcuddur. 2012-ci il üzrə əməliyyatlar haqda heç bir məlumat verilmir (ola bilər zəruri məlumatların olmaması araşdırma işlərinin aparılmasında çətinliklər yaradır). Ancaq bu heçdə demək deyil ki, 2012-ci il üzrə əməliyyatlar “havada” qalacaq. Əgər vergi əməkdaşları 2012-ci ildə baş vermiş hər hansısa əməliyyatlar üzrə dolğun məlumat əldə etsələr, və ya ayrı-ayrı hallarda belə faktlarla qarşılaşsalar (hüquqi əsası olan) – bu halda 2015-ci ilin sonuna qədər vergi öhdəliklərinin yenidən hesablamağa hüquqları olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər