9 C
Baku
Thursday, December 12, 2024

Daxili audit sektorunun auditoru – MBNP

Daxili audit sektorunun auditoru

Namizədə dair tələblər:

– Tam ali təhsil (Maliyyə/İqtisadiyyat);

– Analoji sahə üzrə 4 il iş təcrübəsi;

– İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

– Səlis Azərbaycan, ingilis və rus dili bilikləri;

– Təqdimat və ünsiyyət bacarığı;

– Maliyyə və audit qanunvericiliyi, beynəlxalq audit standartları üzrə dərin biliklər;

– Analitik təhlil etmə və hesabat tərtib etmə bacarığı;

– İntensiv rejimdə və komandada işləmək bacarığı;

İşin təsviri :

– biznes proseslərin təhlili, qiymətləndirilməsi  və təkmilləşdirilməsi;

– potensial, mövcud və gələcək risklərinin müəyyənləşdirilməsi, təhlili və maksimum dərəcədə idarə edilməsi;

– maliyyə-təsərrüfat əməliyyatlarının təhlili, qiymətləndirilməsi  və effektiv idarəetmə üçün tövsiyələrin – azırlanması;

– daxili struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara, daxili sənədlərə və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;

– daxili nəzarət sistemininq qiymətləndirilməsi, təhlili və  gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması;

– aşkar edilmiş pozuntuların aradan qaldırılması   və   tövsiyələrin yerinə yetirilməsinə monitorinqin həyata keçirilməsi;

– aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması ;

– daxili audit xidmətinin işinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təşkili və təmin edilməsi

 

Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzun hissəsinə qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər