23 C
Baku
Thursday, April 25, 2024

Daxili gücünüzlə məşq edin

Mohandas Karam Qandi 1869-cu ildə anadan olub. O , Porbandarda ibtidai məktəbə getmiş, lakin oxumağa xüsusi səy göstərməmiş, eyni zamanda çox utancaq olmuş.  Yalnız bir müddət sonra akademik uğurlar nümayış etdirə bilmişdir. 1883 –cü ildə savadsız, lakin çox iti ağıllı Kasturba adlı qızla evləndirildi. Onu bir çox məslələrdə yaxından dəstəklədi.   

Qandi “liderlik xidmət göstərmək” ideyasının canlı təcəssümü idi. Inanırdma sənətini əla bilirdi. Məhz bunun sayəsində mümkünsüz görünəni mümkün etməyə və Hindistanın dirçəlməsinə yardım göstərməyə müyəssər oldu. Qandinin istənilən qərarının meyarı həqiqət idi.

Qandi bilirdi ki, daxili gücün ən mühüm keyfiyyəti adamların görünüşlərinin səmimiliyi ilə müəyyənləşdirilir. Istedadlı natiqin nitqinin ehtiraslı olacağına heç kəs şübhə etmir. Eyni zamanda heç kim ehtiraslı nitqi mənasız bağırtılarla eyni cür qiymətləndirə bilməz. Bunlar arasında fərq ondadır ki, nitq  hisslərin intizamlı ifadəsidir, bağırtılar isə çılpaq emosiyalardır.

Söhbət əsaslandırmalardan gedəndə  daxili gücə ümid bəsləmək riskli hərəkətə yol vermək demədir. Adamları ruhlandırmaq məsələlərində daxili güc əvvəlcədən nəzərə alınmalıdır. Böyük alüdəçiliklə çıxış etməkdən pis heç nə yoxdur. Lakin bu cür ruh yükskliyi ötəri həvəs olmamalıdır.

Çıxışlara Qandinin yanaşdığı kimi son dərəcə diqqətlə hazırlaşın. Beləliklə siz müraciətinizin mahiyyətini təhrif etmək riskindən yan ötməklə əsaslandırılmış nitqinizi daha ruhlandırıcı edə bilərsiniz.

Alan Axelrod

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər