12 C
Baku
Wednesday, December 11, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Debet kart məhsullarını müştərilərə pulsuz təqdim edən Banklar – Siyahı

Debet kart məhsullarını müştərilərə pulsuz təqdim edən Banklar – Siyahı

0
Debet kart məhsullarını müştərilərə pulsuz təqdim edən Banklar – Siyahı

Yəqin hər kəs razılaşar ki, “pulsuz” “ödənişsiz” və s. bu qəbildən olan ifadələr uğurlu marketinq vasitəsidir və müştərilərin marağına səbəb olur. Bu tip promo layihələr adətən bazarda yeni məhsulların və ya istifadə müddəti ərzində istehsalçıya daima gəlir gətirən məhsulların marketinqi zamanı tətbiq edilir. Bu tip kampaniyalar və layihələr Bank sektorunda da kifayət qədər geniş istifadə edilir. “Komissiyasız kredit”, “Pulsuz Plastik kart” və s. ifadələri tez –tez KİV-lərdə eşdirik.

Monitorinq qrupumuzun bugünkü araşdırma mövzusu Debet Kartlar haqqındadır, o debet kartlar ki, istifadəçi onu əldə zaman Banka heç bir əlavə komissiya, xidmət haqqı və s. ödəmir. Aydındır ki, banklar bu kartlara müəyyən qədər vəsait xərcləyirlər və bu kartları elə müştərilərə pulsuz vermək istəyirlər ki, həmin kartlar istifadə edilsin. Çünki kartlardan istifadə zamanı bank bir çox fərqli gəlirlər əldə edir. Bu gəlirlərə komissiya, konvertasiya, ekvayrinq gəlirləri və s. aid etmək olar.

Yuxarıda bir məqamı qeyd etdik ki, banklar bu kartları yalnız kartdan istifadə edəcək və real ehtiyacı olan insanlara pulsuz vermək istəyir və bunun üçün də müəyyən şərtlər qoyur.  Bu şərtlərdən ən geniş yayılanı “kart hesabına ilkin mədaxil” tələbidir. Yəni, Bank müştərisinə bildirir ki, əgər sən mənim kartımı pulsuz əldə etmək istəyirsənsə əlini cibinə sal, kart hesabına müəyyən qədər vəsait yerləşdir və mən də əmin olum ki, sən bu kartdan istifadə edəcəksən☺. Sözü uzatmadan araşdırma nəticələri ilə Sizləri tanış etmək istərdik. Aşağıdakı cədvəldə Banklar, Debet Kartlar, Kartların qiyməti və Kartları pulsuz əldə etmək üçün tələb edilən ilkin mədaxil qiymətləri qeyd edilmişdir.

Bank Kart Kartın qiyməti Kartı pulsuz əldə etmək üçün ilkin mədaxil tələbi
AccessBank VISA Classic/MC Standard 1 illik – 10 AZN

2 illik – 14 AZN

3 illik – 18 AZN

1 illik – 500 AZN/USD/EUR

2 illik – 800 AZN/USD/EUR

3 illik – 1000 AZN/USD/EUR

VISA Gold/MC Gold 1 illik – 35 AZN

2 illik – 45 AZN

3 illik – 60 AZN

1 illik– 1500 AZN/USD/EUR

2 illik – 2000 AZN/USD/EUR

3 illik – 2500 AZN/USD/EUR

VISA Platinum/MC Platinum 1 illik – 50 AZN

2 illik – 70 AZN

3 illik – 90 AZN

1 illik – 3000 AZN/USD/EUR

2 illik – 3500 AZN/USD/EUR

3 illik – 4000 AZN/USD/EUR

AG Bank VISA Classic/MC Standard 1 illik – 12 AZN 1000 AZN
VISA Gold/MC Gold 1 illik – 30 AZN 3000 AZN
Bank Avrasiya MC Platinum 2 illik – 50 AZN / USD / EUR

3 illik – 70 AZN / USD / EUR

2 və 3 illik – 5000 AZN/EUR/USD
Bank of Baku Bolkart Gənc Debet 1 illik – 7 AZN 150 AZN/USD/EUR
Bolkart Ailə Debet 1 illik – 8 AZN 300 AZN/USD/EUR
Bolkart Gold Debet 2 və 3 illik – 50 AZN 1000 AZN/USD/EUR
VISA Classic/MC Standard 1 illik – 8 AZN 1 illik – 300 AZN/USD/EUR
VISA Gold/MC Gold 1 illik – 35 AZN 1 illik – 1000 AZN/USD/EUR
Bank Respublika Visa Electron / MC Unemboessed 5 illik – 20 AZN 100 AZN/USD/EUR
VISA Classic/MC Standard 5 illik – 40 AZN 200 AZN/USD/EUR
VISA Gold/MC Gold 5 illik – 100 AZN 1 000 AZN/USD/EUR
VISA Platinum/MC Platinum 5 illik – 200 AZN 5 000 AZN/USD/EUR
Visa İnfinite / MC World Elite Yalnız ilkin mədaxil ilə verilir 5 illik – 15 000 AZN/USD/EUR
Bank VTB Visa Classic 1 illik – 15 AZN

2 illik – 20 AZN

3 illik – 25 AZN

1 illik – 200 AZN/USD/EUR

2 illik – 300 AZN/USD/EUR

3 illik – 400 AZN/USD/EUR

VISA Gold

12 ay- 20 AZN

24 ay -25 AZN

36 ay -35 AZN

1 illik – 1000 AZN/USD/EUR

2 illik – 1500 AZN/USD/EUR

3 illik – 2000 AZN/USD/EUR

VISA Platinum

12 ay- 40 AZN

24 ay -60 AZN

36 ay -70 AZN

1 illik – 2500 AZN/USD/EUR

2 illik – 4000 AZN/USD/EUR

3 illik – 5000 AZN/USD/EUR

KapitalBank Kapitalkart Yalnız ilkin mədaxil ilə verilir 2 illik – 20 AZN
RabitəBank Visa Electron / MC Standart Debit 1 illik – 8 AZN, 5 (USD/EUR)

2 illik – 15 AZN,  10 (USD/EUR)

3 illik – 20 AZN,  15 (USD/EUR)

1 illik – 300 AZN, 200(USD/EUR)

2 illik – 600 AZN, 400(USD/EUR)

3 illik – 800 AZN, 600(USD/EUR)

VISA Classic/MC Standard 1 illik – 15 AZN, 10 (USD/EUR)

2 illik – 20 AZN,  15 (USD/EUR)

3 illik – 25 AZN,  20 (USD/EUR)

1 illik – 500 AZN, 300(USD/EUR)

2 illik – 800 AZN, 500(USD/EUR)

3 illik – 800 AZN, 600(USD/EUR)

VISA Gold/MC Gold 1 illik – 30 AZN, 20 (USD/EUR)

2 illik – 35 AZN,  25 (USD/EUR)

3 illik – 45 AZN,  30 (USD/EUR)

1 illik –   800 AZN, 500(USD/EUR)

2 illik – 1000 AZN, 700(USD/EUR)

3 illik – 1500 AZN, 1000(USD/EUR)

MC Platinum 1 illik – 60 AZN, 40 (USD/EUR)

2 illik – 90 AZN,  60 (USD/EUR)

3 illik – 130 AZN,  90 (USD/EUR)

1 illik – 4000 AZN, 2500(USD/EUR)

2 illik – 6000 AZN, 3800(USD/EUR)

3 illik – 8000 AZN, 5000(USD/EUR)

MC World

Black Edition

1 illik – 200 AZN, 100 (USD/EUR)

2 illik – 350 AZN,  200 (USD/EUR)

3 illik – 500 AZN,  250 (USD/EUR)

1 illik – 10 000 AZN, 5000 (USD/EUR)

2 illik – 15 000 AZN, 7000 (USD/EUR)

3 illik – 20 000 AZN, 10 000 (USD/EUR)

Xalq Bank Visa İnternet Yalnız ilkin mədaxil ilə verilir (3 illik) Bakı: 50 AZN/USD/EUR, Region: 25 AZN/USD/EUR
Visa Electron / MC Debit Yalnız ilkin mədaxil ilə verilir (3 illik) Bakı: 50 AZN/USD/EUR, Region: 25 AZN/USD/EUR
VISA Classic/MC Standard Yalnız ilkin mədaxil ilə verilir (3 illik) Bakı: 100 AZN/USD/EUR, Region: 50 AZN/USD/EUR
VISA Gold/MC Gold Yalnız ilkin mədaxil ilə verilir (3 illik) Bakı: 500 AZN/USD/EUR, Region: 250 AZN/USD/EUR
Visa Platinum Yalnız ilkin mədaxil ilə verilir (3 illik) Bakı: 1000 AZN/USD/EUR, Region: 500 AZN/USD/EUR
World MC Black Edition Yalnız ilkin mədaxil ilə verilir (3 illik) 1000 AZN/USD/EUR