8 C
Baku
Thursday, December 12, 2024

Deloitte Azərbaycanda fəaliyyətini genişləndirir

175 ildən çox tarixi olan Deloitte 150-dən çox ölkə və ərazidə xidmət göstərir. Deloitte qlobal olaraq Fortune Global 500® üzrə şirkətlərin təxminən 90% və bundan əlavə, minlərlə özəl şirkətə audit və əminlik, vergi və hüquq, konsaltinq, maliyyə və risk üzrə qabaqcıl məsləhət xidmətləri göstərir.

Azərbaycanda isə Deloitte artıq 22 ildir ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti  olaraq uğurla fəaliyyətini davam etdirir və fəaliyyət istiqamətlərini artırır. Qeyd edək ki, Bakı Ağ Şəhər ofis binasında yerləşən Deloitte Azərbaycan şirkəti fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq bu ilin aprel ayında eyni binada əlavə yeni ofisin açılışını qeyd etmişdir.  Hal-hazırda şirkət aktiv işə qəbul prosesini davam etdirir.  Bununla əlaqədar olaraq dinamik peşəkar ortama əməkdaş olaraq qoşulmaq üçün Deloitte Azərbaycanda müxtəlif vakansiyalar barədə məlumatı təqdim edirik: https://career2.successfactors.eu/career?company=drtyonetim&career?icid=top_

Deloitte daxilində aparılan optimizasiya tədbirləri çərçivəsində “Deloitte & Touche Regional Consulting Services Limited” şirkətinin Azərbaycan Respublikasında aktiv fəaliyyəti olmayan filialının ləğv edilməsi qərara alınmışdır. Bununla bağlı bildirmək istərdik ki, bu qərar “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin fəaliyyətinə təsir etmir və o, müştərilərə müvəffəqiyyətlə xidmət göstərməkdə və fəaliyyətini genişləndirməkdə davam edir.

 

Son xəbərlər
Digər xəbərlər